Naxçıvan qarnizonunda atış birinciliyi keçirilib.

Müdafiə Nazirliyinin 10 may məlumatına görə, 9 millimetrlik “Makarov” tapançasından keçirilən atış birinciliyinə 72 hərbi qulluqçudan ibarət 24 komanda qatılıb.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə xüsusi təyinatlılar layiq görülüblər.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə gizir Elsevər Quliyev qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı qaliblərə fəxri fərman və diplomlar təqdim edib.