Zibili qutusuna həsrət qalan Bərdə-FOTO

Bərdə şəhərində məişət tullantıları yollara və küçələrə atılır.

Buna səbəb, küçə və yollarda zibil qutularının olmamasıdır.Məcbur qalan əhali zibili hara gəldi atır.Bu şəhərin görünüşünə xələl gətirməklə yanaşı, bir çox  xəstəliklərin yayılmasına da şərait yaradır. Üstəlik, həmin ərazilərdəki üfunət qoxusu da əhali arasında böyük narazılığa səbəb olur. Aidiyyatı qurumlar isə məsələnin həlli istiqamətində heç bir addım atmırlar.

Yerli əhalinin “Bölgənin Səsi”nə verdiyi məlumata görə,hələ 2013-cü ildə bir qrup gəncin təşəbbüsü ilə Bərdə şəhərinin əhalisindən imza toplanmış və yerli Hakimiyyət orqanlarına rəsmi məktubla müraciət edilmişdir. Lakin problem öz həllini tapmamışdı və nəticədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət edilmiş və bir həftə ərzində şəhərin bir çox küçələrinə böyük zibil qutuları qoyulmuşdu. Ancaq niyəsə, bir müddət sonra qoyulan qutular yenidən “yoxa çıxmışdır”. “Bölgənin Səsi” ölkəmizin qədim və  zəngin tarixə malik Bərdə şəhərinin bu aktual problemini diqqətə çatdırmaqla tezliklə həllinə ümüd edir.