Bərdənin Soğanverdilər kəndinin həllini tapmayan su problemi

Bərdənin Soğanverdilər kəndində əhali içməli su sarıdan əziyyət çəkir.

Bərdə rayonunun Soğanverdilər kəndi uzun müddətdir ki, içməli  su problemi ilə üz-üzədir. 1800 nəfərə yaxın əhalisi olan kəndin böyük əksəriyyəti  içməli suya olan tələbatını rayon mərkəzindən  və qonşu kəndlərdən səhəng və maşınlarla su gətirərək həll etməyə çalışır.

Məsələ dəfələrlə Rayon İcra Hakimiyyəti qarşısında qaldırılsa da, öz həllini tapmır. Kənd sakinlərinin “Bölgənin səsi”nə verdiyi məlumata görə, hətta suvarma üçün də tələbat ödənilmədiyindən torpaq sahələrində əkin- biçin məhsul vermir.Xüsusilə , son bir neçə ildə quraqlığın olması işləri daha da çətinləşdirib.

Ümumiyyətlə su probleminin həlli üçün əhali arasında imza toplanıb və aidiyyatı qurumlara müraciət edilib. Hələ ki, müraciətlərin heç bir nəticəsi yoxdur. “Bölgənin səsi” olaraq,Bərdə rayonunun əlaqədar qurumlarını problemin həllinə çağırırıq.