Qazaxda növbəti intellektual yarış keçirilib

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual oyunlar klubunun təşkilatçılığı ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Erudit-Kvartet” intellektual oyunları üzrə rayon turniri keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda orta ümumtəhsil məktəblərindən, BDU Qazax filialından, Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və müstəqil olmaqla 32 komanda mübarizə aparıb.

“Nə? Harada? Nə zaman?” formatı üzrə start götürən turnirin ilk hissəsində ən çox xal toplayan 8 müstəqil komanda – “Mont Blanc”, ”Stronsium”, “Skandium”, “Andromeda”, “Extreme”, “Orion”, “Nobelium” və “Sarkazm” – “Erudit-Kvartet” mərhələsinə vəsiqə qazanıb. Bu komandalardan “Orion”, “Nobelium”, “Mont Blanc” və ”Stronsium” yarımfinal qruplarında yüksək nəticə göstərərək finala yüksəlib.

Finalda “Nobelium” komandası I yerə, “Stronsium” komandası II yerə və “Mont Blanc” komandası III yerə layiq görülüb. Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar.

Qeyd edək ki, rayon turnirində ümumilikdə 128 gənc iştirak edib.