Tovuzda zəncirvari avtomobil qəzası olub – FOTO – VİDEO

Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-21011”, “VAZ-2107” və “Hyundai” markalı yük maşınları toqquşub. Qəza zamanı yaralananların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansityasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” maşınları ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.