Şəmkirdə əkilən tut tinglərinə aqrotexniki qaydada qulluq göstərilir

Şəmkir şəhərində baramaçılığın inkişaf etdirilməsi və yem bazasının yaradılması məqsədi ilə əkilən tut tinglərinin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən məlumata görə, Şəmkir şəhəri ərazisində ipəkqurdunun yem bazasının bərpası məqsədilə əkilən tut tinglərinə aqrotexniki xidmətlərin lazımı qaydada göstərilir və suvarma işləri aparılır.

Şəmkir şəhərinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Pərviz İbrahimov bildirib ki, ölkəmizdə baramaçılığın inkişafı şəmkirli kümçülərin də bu sahəyə marağını artırıb. O qeyd edib ki, ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.

Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi Şəmkir rayonunda prioritet məsələlərdən hesab olunur. Beləki, rayon üzrə 2018-ci ildə 12,691 ton barama istehsal olunub.

Şəmkirdə əkilən tut tinglərinə aqrotexniki qaydada qulluq göstərilir
Şəmkirdə əkilən tut tinglərinə aqrotexniki qaydada qulluq göstərilir