“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanacaq

Dövlət Gömrük Komitəsi hazırladığı “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlayacaq.

Bu barədə Komitənin sədr müavini İqbal Babayev məlumat verib.

“Bu layihə sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin yaradılmasını nəzərdə tutur. Azərbaycandan maşınla xaricə istirahətə gedən şəxslər sərhədə çatmamış, onlayn rejimdə növbə götürə biləcəklər və onların sərhəddən keçidi təmin ediləcək”, – İ.Babayev bildirib