Tovuzun Aşağı Quşçu kəndi sosial problemlər girdabındadır – FOTO

Tovuz rayonunun Aşağı Quşçu kəndi sosial problemlər içində itib batır. 10 minə yaxın əhalisi olan bu kənddə yol, körpü, məktəb və suvarma suyu kimi böyük problemlər var.

İlk olaraq onu qeyd edək ki, bir neçə il əvvəl kəndə içməli su xətti çəkilib. Lakin su xətti olduqca qeyri-peşəkar və keyfiyyətsiz çəkilib. Buna görə də indi borular vasitəsilə evlərə verilməli olan su küçələrə axır. Bu da öz növbəsində kənd yollarını keçilməz edir.

Aşağı Quşçuda olan 3 məktəbin heç biri müasir standartlara cavab vermir. Kənd klubu çoxdan öz istismar müddətini başa vurub. Kəndin bütün elektrik xətləri və transformatorları sovet dövründən qalıb.

Bir sözlə, bu kəndin dövlət qayğısı və diqqətinə ehtiyacı var.

“Bölgənin Səsi” olaraq bizə müraciət edən kənd sakinlərinin problemlərini ictimailəşdirməyi özümüzə borc bilirik. Ümid edirik, tezliklə aidiyyəti qurumlar problemlərin həllinə çalışacaq.