Şəmkir məktəbliləri birinci yeri tutub

Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbin komandası “ŞAHİN” hərbi-idman oyununun zona birincisi olub.

Aprelin 16-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “ŞAHİN” hərbi-idman oyunununlarının zona birinciliyi keçirilib.

Keçirilən zona birinciliyində 14 komanda iştirak edib.

Qeyd edək ki, Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbin komandası bütün rəqiblərini geridə qoyaraq 14 komanda arasında birinci yeri tutub.

Qalib komanda fəxri fərmanla təltif edilib.