Qazaxda təhsil işçiləri “Yaşıl məktəb” aksiyasına qoşulub

Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən etibarən “Yaşıl məktəb” aksiyasına start verib. Aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılır. Qazax məktəbləri də sözügedən aksiyaya qoşulub. 

Bu günədək  rayon mərkəzi və ətraf kəndlərdə faəliyyət göstərən 13 təhsil ocağının ərazisinə 500-dən çox müxtəlif meyvə və yerli iqlim şəraitinə uyğun gələn ağaclar əkilib. Şəhər 2 saylı tam orta məktəbdə təşkil edilən növbəti aksiyada iştirak edən rayon rəhbərliyi tövsiyyə və tapşırıqlarını verib.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirməkdir. Ağac əkmə aksiyası aprelin sonunadək davam edəcək.