Azərbaycanın qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Temperatur 10-12° aşağı düşüb. Qazax, Ağstafa və Tovuz rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.
Tovuzun dağ kəndlərində qarın hündürlüyü 22 sm-ə çatıb. Rayonunun Muncuqlu, Qoşa, Şıxheybət və Çatax kimi dağ kəndlərində avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb. Adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsində də problemlər yaşanır.
Ötən gecə Qazaxın Məzəm, Fərəhli və Quşçu Ayrım kəndlərində intensiv qar yağması müşahidə olunub.