Şəhid Əlləzovun nəşi Qazaxa gətirilib

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması şəhid olmuş Əlləzov Əlləz Ələddin oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib.

Qazax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış şəhid Əlləz Əlləzov martın 26-ı axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olub.

O, bu gün doğulduğu kənd qəbirstanlığında dəfn ediləcək.

Əlləz Əlləzov ailənin ilk oğul övladıdır. Ondan balaca bir qardaşı var.

Əlləzov bu ilin iyul ayında xidmətini başa vuracaqmış.