Şəhid Əlləzov dəfn olunub – Fotolar – Yenilənib

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olmuş hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu bu gün torpağa tapşırılıb.

Şəhid hərbçi anadan olduğu Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında, nənə və babasının qəbrinin yanında dəfn olunub.

20 yaşlı şəhid əsgər Əlləz Ələddin oğlu Əlləzovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, hərbçilər, şəhidin komandirləri və əsgər yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim olunduqdan sonra yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Qazax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış şəhid Əlləz Əlləzov bu ilin iyul ayında xidmətini başa vuracaqdı.

Əlləz Əlləzov ailənin ilk oğul övladıdır. Ondan balaca bir qardaşı var.

 

Fotolar İlham Mustafa və Elmar Rzanındır.